İRNA-nın məlumatına görə, Dünya Bankı bu gün dərc etdiyi “Dünya İqtisadi Perspektiv” adlı son hesabatında 2023-cü ildə İran iqtisadiyyatının 4,2 faiz artdığını açıqlayıb.
Bu beynəlxalq qurum iyun ayında dərc etdiyi hesabatda İranın iqtisadiyyatının bu il cəmi 2,2 faiz artacağını proqnozlaşmışdı. Buna əsasən, 2023-cü ildə İran iqtisadiyyatının 4,2% artımı Dünya Bankının ekspertləri tərəfindən gözləniləndən çox olub. Başqa sözlə, bu qərb qurumu İranın iqtisadi artımı ilə bağlı təxminlərini ikiqat artırıb.
Bu hesabat həmçinin İranın 2024-cü ildə iqtisadi artım proqnozunu 3,7%-ə artırıb, hansı ki, bu qurumun iyun hesabatında cari il üçün nəzərdə tutulan 2% artımdan çox olub.
İran iqtisadiyyatının artımı 2023-cü ildə 4,2 faiz olduğu halda, bu il dünya üzrə orta iqtisadi artım 2,6 faiz təşkil edib. Qabaqcıl iqtisadiyyatlar bu il cəmi 1,5 faiz artıb. Avrozonada iqtisadi artım 0,4%, ABŞ-da isə 2,5% olub.
İnkişaf etməkdə olan ölkələrin orta iqtisadi artımı 4% təşkil edib. Çin iqtisadiyyatı bu il 5,2%, Hindistan isə 6,3% artıb.
Sizin rəyiniz